Türkiyəli müğənni Sezen Aksunun evinə basqın edərək onu ölümlə hədələyən azərbaycanlı qadın Lalə Arif M. Deportasiya olunub.
Türkiyə mediası xəbər verir ki, onun haqqında “insanların asayişini pozmaq, təhdid etmək, təhqir etmək” maddəsi ilə başladılan iş icraata götürülüb. Lalə Arif polis tərəfindən saxlanıldıqdan sonra ölkədən çıxarılıb.
Qeyd edək ki, Lalə Arif dəfələrlə Sezen Aksunun evinə basqın edərək onun mülkünə ziyan vurub, müğənniyə isə hədə-qorxu gəlib. Ona qarşı 1 ildən 4 ilədək həbs tələbi irəli sürülmüşdü.
*** 19:03
Türkiyəli müğənni Sezen Aksunun Beykozdakı malikanəsinə girmək istəyən qadın mühafizəçilərə hücum edərək Sezen Aksunu ölümlə hədələyib.
Sezen Aksunun sözlərinə görə, eyni şəxs 4 dəfə onun evinə girməyə cəhd edib və qayığı ilə estakadasını dağıdıb.
Belə ki, gecə saat 02:00 radələrində Aksunun evinə gələn 47 yaşlı Azərbaycan vətəndaşı LM. mühafizəçini itələyərək baxçaya daxil olub.
TV100-dən Özkan Tamirakın məlumatına görə, LM qışqıraraq “Səni öldürərəm. Çıx get. Sezen xanımı öldürmək istəyirsiniz?" kimi təhqirlər yağdırdığı iddia edilir. Hadisənin şahidi olan mühafizəçi A.K şikayət ərizəsi verib. AK qadını çölə çıxarıb.
Polis evə gələrək qadını nəzarətə götürüb.
Müğənninin dediyinə görə, bu L.M-nin ilk gəlişi deyil.
Sezen Aksu, L.M.-ə qarşı şikayət ərizəsi olaraq verdiyi ifadəsində, “Bu şəxs mart, may, iyul və oktyabr aylarında 4 dəfə evimə gələrək, qapını zorla çəkərək, təhlükəsizliyimi təhdid edib təhqir edərək məni narahat edib. Bir dəfə evimin estakadasına yaxınlaşaraq körpüyə ziyan vuracaq şəkildə dağıntılara səbəb oldu. Halbuki, o vaxt özümü fanat hesab etdiyim üçün şikayət etməmişdim. Bu mərhələdə diskomfortun ölçüsü artdığı üçün şikayət edirəm”-deyə müğənni bildirib.
L.M isə 2022-ci ilin mart ayında Novruz bayramı üçün müğənniyə şirniyyat gətirdiyini deyib.
"Mühafizəçi AK xoşagəlməz ifadə ilə məni qəbul etmədi. Mən bu adamı gözəl dildə danışaraq inandırdım. Şirniyyatı ona uzatdım. Sonra yenə Sezen Aksunun evinə getdim. Onunla sağollaşmağa gedirdim. Eyni asayiş keşikçisi üstümə atıldı. Mən heç kimin qapısını zorlamadım. Mənə böhtan atan A.K adlı mühafizəçidən şikayət edirəm”.
Beykoz Respublika Prokurorluğu istintaqını yekunlaşdırıb. L.M-yə qarşı hədə-qorxu və israrlı təqibə görə 1 ildən 4 ilədək həbs tələbi ilə iddia qaldırılıb.
Sezen Aksunun evinə hücum edən azərbaycanlı qadın deportasiya edildi - YENİLƏNİB
08
iyul
10:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat