Avropa İttifaqının xarici işlər nazirləri cümə axşamı Brüsseldə keçiriləcək görüşdə Ukraynaya hərbi yardım və təhlükəsizlik təminatları, Türkiyə və Çinlə münasibətlər, eləcə də Ermənistan-Azərbaycan nizamlanması məsələlərini müzakirə edəcəklər.
Bu barədə “RİA Novosti” qurumdakı mənbəsi məlumat yayıb.
“Görüşün sonundakı Ermənistan və Azərbaycan arasında normallaşma, eləcə də Tunisi müzakirə etməyi planlaşdırırlar”, - deyə mənbə bildirib.
*** 22:25
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 20-də keçiriləcək toplantıda Türkiyə-Avropa İttifaqı münasibətlərini qiymətləndirəcəklər.
Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirləri Toplantısında Türkiyə ilə əlaqələrlə yanaşı, bir çox məsələ müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə ilə əlaqələr ittifaq üçün ən vacib mövzulardan biridir. Türkiyənin üzvlük prosesi bitsə də, hələ də namizəd ölkədir. Aİ ölkələri dövlət başçılarının son iclaslarında Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borreldən Türkiyə ilə bağlı hesabat hazırlamaq xahiş olunub. 20 iyul iclasında bununla bağlı da fikir mübadiləsinin aparılacaq.
Aİ rəsmiləri kommunikasiya kanallarını açıq saxlamaq və Türkiyə kimi mühüm ölkə ilə dialoqda olmaq istədiklərini vurğulayırlar.
Avropa İttifaqı Ermənistan-Azərbaycan məsələsini də müzakirə edəcək - YENİLƏNİB
20
iyul
10:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat