Ermənistan parlamenti ölkənin Roma Əsasnaməsinə qoşulmasının nəticələrini öyrənməli və Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir.
TASS xəbər verir ki, bunu RF Federal Şurasının sədr müavini, parlamentlərarası əməkdaşlıq komitəsinin həmsədri Yuri Vorobyov RF Federal Şurası ilə Ermənistan parlamenti arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclasında bildirib.
"Anladığımız kimi, bu, Ermənistanın apardığı bütün işlər üzrə Haaqa Tribunalının yurisdiksiyasını tanıması deməkdir. Biz ondan çıxış edirik ki, erməni tərəfdaşlarımızın bu addımı anti-Rusiya məzmunu daşımır, lakin buna baxmayaraq, praktikada Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. Biz müttəfiqlərimizi Roma Statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə öyrənməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq. Belə olan halda mən parlamentarilərə müraciət edirəm", - Vorobyov bildirib.
Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək üçün onu parlamentə göndərmək niyyətindədir.
"Bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur" - Federal Şura
21
iyul
10:17
Qarabağ
KOMMENTLƏR
Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib
Elman Nəsirov: “Bakı və Moskva müttəfiqdir, münasibətlərin bundan yüksək, ali səviyyəsi olmur”
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında Soçi bəyanatından danışılıb
Zaxarova Ermənistanı anti-Rusiya hücumlarında İTTİHAM ETDİ
Rusiya və Ermənistan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı