"Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatında Moskvaya qarşı hücumlar olub". 
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistanın Rusiya FTX-nin sərhəd xidməti tərəfindən nəqliyyat rabitəsinə nəzarətdən imtina etməsi barədə bəyanatını şərh edərkən deyib.  
“Əvvəla, mən istərdim ki, Ermənistanın adını çəkdiyiniz yüksək rütbəli nümayəndəsi hələ də qərar versin: ya normal dialoq olsun, ya da belə bəyanatlar. Biz birincini seçirik”, - Zaxarova bildirib.
Qeyd edək ki, Ermənistan Rusiya Federasiyası FTX-nin sərhəd xidməti tərəfindən nəqliyyat kommunikasiyalarına nəzarət etməkdən imtina edib. 
Azərbaycan, Ermənistan və Rusiya Federasiyası rəhbərlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, nəqliyyat əlaqələrinə nəzarəti Rusiya FTX-nin sərhəd xidməti həyata keçirir.скачать dle 12.1