Ölkə ərazisində ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat, terror aktı və digər cinayətkar əməllərin törədilməsinə cəhdlərin qarşısının alınması, habelə bu tipli əməllərə yol vermiş şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla bəzi internet resurslarında terrorçuluğa açıq çağırışların edilməsi ilə bağlı ayrı-ayrı faktlar təhlil edilib.
Araşdırmalarla Ermənistan Respublikasının vətəndaşı, işğalçı ölkənin «Demokratiya naminə Tərəfdaşlıq» Mərkəzinin sədri, habelə “Erməni dinləri” veb-saytının redaktoru Stepan Daniyelyan və erməni tarixçi, publisist, Ermənistan Milli Elmlər Akademiyası nəzdindəki “Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru, İrəvan Dövlət Universitetinin müəllimi, “Prospekt" Regional və Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin üzvü Ayk Demoyanın özlərinə məxsus sosial şəbəkə və digər internet səhifələrində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, insanların həlak olması, onların sağlamlığına zərərin vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və bu kimi ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar törətmək və belə hərəkətlərin törədiləcəyi hədəsi ilə müşayiət olunan terrorçuluğa açıq çağırışlar etmələri, o cümlədən eyni məzmunlu materialları yaymaları müəyyən edilmişdir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.2, 214-2 (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmişdir.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkə ərazisində, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarına qarşı yönələn istənilən hüquqa zidd əməlin qarşısının alınmaqla, cinayətkar əməllərə yol vermiş şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.
Terrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıb
12
noyabr
15:51
Qarabağ
KOMMENTLƏR
Azərbaycanın axtardığı məşhur təxribatçı yenidən Qarabağa GƏLDİ
Qarabağda döyüşən “Krım könüllüləri birləşməsi"nin rəhbərinə cinayət işi açıldı
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Vejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtarış elan olunub
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı