Əfsanəvi keçmiş futbolçu Devid Bekhem qızı Harperlə nadir şəklini şəxsi bloqunun abunəçiləri ilə paylaşıb.
Xarici KİV xəbər verir ki, yayımlanan şəkildə 12 yaşlı Harper Bekhem 48 yaşlı atasına makiyaj edir.
“Görünür, atam bir az pudra və konturdan istifadə edə bilərdi. Bunun nə demək olduğundan əmin deyiləm, amma sonradan daha yaxşı göründüm. Mənim kiçik vizajistim!", - o, belə şərh yazıb.
Bekhem ailəsinin pərəstişkarları Devidin "səbrini" yüksək qiymətləndiriblər.“Mükəmməl ata! Nə qədər səbir”, “Bu, indiyə qədər gördüyüm ən şirin şeydir”, “Harper öz bacarığını atasında təkmilləşdirir”, “Sizin nəyaxşı ailəniz var” fikirlərini istifadəçilər şərhlərdə yazıblar.
Xatırladaq ki, 2019-cu ildə Harperin anası Viktoriya Bekhem öz gözəllik məhsulları xəttini - "Victoria Beckham Beauty"ni təqdim edib. O vaxtdan bəri iş qadını şəxsi bloqunda mütəmadi olaraq anasının məhsullarından bəzilərini artıq sınaqdan keçirmiş Harperlə fotolar paylaşır.
Devid və Viktoriya Bekhem dörd uşağın valideynləridir: 24 yaşlı Bruklin, 20 yaşlı Romeo, 17 yaşlı Kruz və 12 yaşlı Harper. 2022-ci ilin aprelində cütlüyün böyük oğlu aktrisa Nikola Peltzlə evlənib. Demək olar ki, toylarından dərhal sonra Viktoriya gəlini ilə şiddətli mübahisə etdi, lakin zaman keçdikcə barışa bildilər.
Devid Bekhem qızı ilə nadir FOTOSUNU paylaşdı
02
avqust
12:37
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı