Keçmiş ingilis futbolçu Devid Bekhemin oğlu Romeo Bekhem Fransaya gedib. 
Romeo Parisdə azarkeşi olduğu məşhur futbolçular Lionel Messi, Kilian Mbappeni və Neymarı ziyarət edib. 
Bekhem onların hər biri ilə foto çəkdirib. Romeo idmançılarla şəkillərini 3.3 milyon izləyicisi olan instaqram hesabında paylaşıb. Onun Messi ilə olan fotosu sosial şəbəkə istifadəçilərinin müzakirələrinə səbəb olub.
İzləyicilər məşhur futbolçunun qırmızı dəstini bəyənməyiblər. Onlar Messinin əynindəkinin paltar yox, adyal olduğunu bildiriblər.
İstifadəçilər "Balaca olanda anam da məni belə geyindirirdi", "Görəsən, Messini kim belə geyindirib?" kimi sözlər yazaraq onu tənqid atəşinə tutublar. 


скачать dle 12.1