Türkiyənin tanınmış müğənnisi, bəstəkar Sinan Akçıl şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalarla diqqət çəkib.
“Ensonhaber” xəbər verir ki, aktrisa Ceyda Düvencinin aparıcılıq etdiyi “Bambaşka sohbetler” proqramında qonaq olan müğənni özəl həyatı ilə bağlı danışıb.
Belə ki, o, sənəti ilə yanaşı iki dəfə evlənib-boşandığı model-aktrisa Burcu Kıratlı ilə münasibətlərindən də söz açıb: “Mühafizəkar adamam. Keçmiş həyat yoldaşım Burcu Kıratlının Amsterdamda geyindiyi gəlinliyə görə çox narahat olmuşdum. Toy gününə qədər gəlinliyi görməmişdim. Mənə görə çox açıq idi. Həyatımdakı qadınların belə açıq-saçıq geyinmələrinin əleyhinəyəm.
Eyni insanla iki dəfə evləndim. Biri 5, digəri 8 ay çəkdi. İlkində boşanmağı mən istəmişdim. Amma boşandıqdan sonra qəribə bir boşluq hiss etdim və dedim ki, bu qızla yenidən evlənməliyəm. Mən plan qurdum, dostlarımın sayəsində 12 gündən sonra həll etdik. Plan qurub onu qaçırdım. Hoteldən otaq sifariş etdim, səhərə qədər orada danışdıq, sonra yenidən sevgili olmağa başladıq. Burcu dedi ki, evlənək”.
Sinan Burcu ilə çox gözəl anlar yaşadığını da etiraf edib: “Gözəl idi, bəli, ötən gün sosial şəbəkədə onun şəklini gördüm və “nə gözəl qızdır” dedim. Burcu yaxşı qızdır. İkinci dəfə çox gözəl gəlinlik tikdirdik. Onunla çox gözəl anlar yaşadıq. 8 ay davam etdi və bitdi. Yaşadığım heç bir şeyə görə peşman deyiləm”.
Xatırladaq ki, Burcu Kıratlı ilə Sinan Akçıl 2019-cu ildə Amsterdamda evlənmişdi. 5 ay sonra boşanan cütlük 2021-ci ildə yenidən bir araya gəlib. Lakin bu evlilik də uzun sürməyib, onlar 8 ay sonra rəsmi olaraq boşanıblar.






скачать dle 12.1