İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin komandada özünü xoşbəxt hiss etmədiyini təsdiqləyib.
Bununla belə çalışdırıcı onun qışda paytaxt təmsilçisini tərk etməyəcəyini deyib:
“Modriç xoşbəxt deyil, çünki çox oynamır. Amma o, həmişə komandaya kömək etmək üçün yaxşı motivasiyaya malikdir. Modriçin heyətimizdə və paltardəyişmə otağımızda vacib rolu var. Biz hamımız onu sevirik. Modriçin qışda komandanı tərk etmək ehtimalı yoxdur. O, özü də getmək istəmir”, - deyə italiyalı mütəxəssis La Liqanın IX turunda “Osasuna”ya qarşı sabah keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.
Qeyd edək ki, bəzi mənbələr Modriçin qışda ABŞ-nin “İnter Mayami” klubuna və ya Səudiyyə Ərəbistanı təmsilçilərindən birinə keçəcəyi ilə bağlı iddialar səsləndirir. Xorvatiyalı yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Xatırladaq ki, 38 yaşlı futbolçu bu mövsüm “Real Madrid”də bütün turnirlərdə səkkiz matçın iştirakçısı olub. O, cəmi iki görüşə start heyətdə başlayıb.
Mənbə: 90min.com
Modriç “Real Madrid”də xoşbəxt deyil
06
oktyabr
18:17
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev