İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayaraq, Qəzzadakı mülki vətəndaşları təhlükəsizlikləri üçün cənub bölgələrinə köçməyə çağırıb.
Mülki şəxslərdən həmçinin İsraillə sərhədə yaxınlaşmamaq istənilib. BMT-nin məlumatına görə, yerdəyişmə üçün 24 saat vaxt verilib. Söhbət 1,1 milyon fələstinlidən gedir.
İsrail ordusunun bəyanatında deyilir: "İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin bütün sakinlərini evlərini tərk etməyə, qorunmaq üçün cənuba doğru hərəkət etməyə və xəritədə göstərildiyi kimi, Qəzza çayının cənubundakı ərazidə məskunlaşmağa çağırır".
"HƏMAS terror təşkilatı İsrail dövlətinə qarşı müharibəyə başlayıb. Qəzza şəhəri döyüşlərin getdiyi bölgədir. Evakuasiya şəxsi təhlükəsizliyiniz üçün lazımdır. Qəzzaya yalnız bildiriş verildikdən sonra qayıtmaq mümkün olacaq", deyə İDF bildirib.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik deyib ki, mülki şəxslər 24 saat əvvəldən təxliyə edilməlidir: "Eyni əmr BMT-nin bütün işçilərinə və BMT agentliklərində, o cümlədən məktəblər, sağlamlıq mərkəzləri və klinikalarda yerləşən şəxslərə şamil edilib".
O, əlavə edib ki, BMT fəlakətli vəziyyətə gətirib çıxarmamaq üçün əmri ləğv etməyə tələb edib.
Qəzzanın daxili işlər nazirliyi bildirib ki, İsrail "arxa tərəfə hücum etmək və vətəndaşları qovmaq üçün psixoloji müharibəyə diqqət yetirir".
İsrail 1.1 milyon Qəzza sakininə ərazini tərk etmək üçün 24 saat vaxt verdi
13
oktyabr
12:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat