Qəzzada HƏMAS-ın milli təhlükəsizlik qüvvələrinin komandiri Cehad Meisen öldürülüb.

Bu barədə HƏMAS-a yaxın media məlumat yayıb.


Bildirilib ki, Mheisen Qəzza şəhərində Şeyx Radvan məhəlləsindəki evinə edilən hücumda ailə üzvləri ilə birlikdə həlak olub.

İsrail Müdafiə Qüvvələri onun ölümü barədə məlumat yaymayıb.