Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda Cənubi Qafqaz üzrə “3+3” formatında xarici işlər orqanları rəhbərlərinin görüşü çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla danışıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya və İran xarici işlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahian Cənubi Qafqaz üzrə “3+3” məsləhətçi regional platformasının nazirlər görüşü çərçivəsində danışıqlar aparıblar.
İclasda beş ölkənin: Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri - Sergey Lavrov, Hüseyn Əmir Abdullahian, Hakan Fidan, Ararat Mirzoyan və Ceyhun Bayramov iştirak edir. Gürcüstan tərəfi görüşdə iştirakdan imtina edib.
Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və sonradan “3+3” kimi tanınıb. Rusiya və İran bu ideyanı alqışladılar və Ermənistan da bu formata qoşuldu. Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib. Gürcüstan 2021-ci ildə keçirilən görüşdən və xarici işlər nazirləri səviyyəsində hazırkı görüşdən bitərəf qalıb.
Lavrov "3+3" formatında görüş çərçivəsində Abdullahianla görüşdü
23
oktyabr
18:32
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev