Şimali Koreya xarici ölkələrdəki onlarla diplomatik nümayəndəliyini bağlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Pxenyan İspaniya, Honkonq və Afrika ölkələri də daxil olmaqla, diplomatik missiyalarının 25 faizini ləğv edə bilər.
Artıq KXDR-in Anqola və Uqandadakı səfirlikləri bağlanıb. Eyni zamanda, İspaniyadakı diplomatik missiyanın da fəaliyyətini dayandıracağı və onun işlərinin İtaliyadakı nümayəndəlik tərəfindən idarə ediləcəyi bildirilir.
Ekspertlərin fikrincə, diplomatik missiyaların bağlanmasına nüvə və raket proqramlarına görə Pxenyanın maliyyə mənbələrinə yönələn beynəlxalq sanksiyaların təsiri səbəb olub. Belə ki, Şimali Koreya diplomatik missiyaları saxlanmaqda çətinlik çəkir.
Qeyd edək ki, KXDR-in hazırda 159 ölkə ilə rəsmi əlaqələri var, xaricdə üç konsulluq və üç nümayəndəlik də daxil olmaqla 53 diplomatik missiyası mövcuddur.
KXDR xarici ölkələrdəki diplomatik nümayəndəliklərini bağlayır
01
noyabr
14:23
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı