Şimali Koreya nüvə silahına nüvə silahı ilə cavab verəcək.
“Koreya səsi” radiostansiyası xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışından sonra bildirib.
"Kim Çen In sərt bəyanatı bir daha xatırladıb. Nüvə silahlarına nüvə silahı ilə cavab veriləcək. Açıq qarşıdurmaya eyni cavab veriləcək”, - deyə mesajda bildirilib.
KXDR lideri həmçinin vurğulayıb ki, ordu hər hansı formada silahlı münaqişələrə və müharibəyə tam hazır olmaq üçün çevik reaksiya vermək qabiliyyətinə malikdir.
Qeyd edək ki, KXDR martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini (ICBM) uğurla sınaqdan keçirdiyini açıqlayıb.
“Yonhap” agentliyi bildirir ki, Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.
Yaponiya Müdafiə Nazirliyi raketin düşdüyü ərazidə gəmiçilik və aviasiyaya heç bir ziyanın qeydə alınmadığını qeyd edib.
Kim Çen Indan nüvə müharibəsi ANONSU
17
mart
11:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat