"Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşünün tarixi dəqiqləşdirilməyib".
Bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik”, - o vurğulayıb.
“Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, - M.Qaluzin əlavə edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, ancaq hələ ciddi irəliləyiş yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdiyinə görə, siyasi iradə olarsa, Moskva Ermənistan və Azərbaycan XİN başçılarını qəbul etməyə hazırdır. O qeyd edib ki, perspektiv tamhüquqlu üçtərəfli sammitə çıxış ola bilər.
Mixail Qaluzin: "Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının Moskva görüşünün tarixi dəqiqləşməyib"
10
noyabr
16:29
Qarabağ
KOMMENTLƏR
Moskva Bayramov, Lavrov və Mirzoyanın görüşünü təşkil etməyə hazırdır
Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilə bilər
Rusiya XİN-dən Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı açıqlama
Rusiya Ceyhun Bayramov və Mirzoyan görüşünün təşkilinə hazır olduğunu AÇIQLADI
Rusiya XİN: “Moskva Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinin addım-addım həllinə ümid edir”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı