İsrailin kəşfiyyat xidməti Mossad-ın rəhbəri David Barnea girovların azad edilməsi ilə bağlı razılaşmanın yekun variantını müzakirə etmək üçün yaxın vaxtlarda yenidən Qətərə səfər edə bilər.
Bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.
Bildirilib ki, İsrail və HAMAS arasında razılaşma bu həftənin sonuna qədər əldə oluna bilər. Əgər bu baş verərsə və plan İsrailin Nazirlər Kabinetinin üzvləri tərəfindən təsdiqlənərsə, razılaşma elan oluna bilər.
Qəzet həmçinin bildirir ki, tərəflər bir çox məqamlarda güzəştə getmək istəmədiyi üçün İsrail və HAMAS arasında danışıqlar son dərəcə çətin irəliləyir. Xüsusən də İsrail HAMAS-ın istədiyi kimi 5 günlük atəşkəs elan etməkdən imtina edib və qarşı tərəf buna cavab olaraq azad olunacaq girovların sayını 80 nəfərdən 50 nəfərə endirib. Bundan əlavə, İsrail uşaqların yalnız anaları ilə birlikdə azad olunmasını, yaşlı girovların azad edilməsini tələb edir, lakin öz həbsxanalarından yaşlı fələstinli məhbusları azad etməyə razı deyil. Buna cavab olaraq HAMAS da girov götürdüyü yaşlı israilliləri azad etməkdən imtina edib.
KİV: Mossad-ın rəhbəri girovların azad edilməsi ilə bağlı razılaşma üçün Qətərə səfər edə bilər
16
noyabr
11:54
Qarabağ
KOMMENTLƏR
KİV: İsrail və HAMAS girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə yaxındır
Bayden Netanyahu ilə HƏMAS-ın əlindəki girovların azad olunmasını müzakirə edib
KİV: HAMAS 50-yə yaxın girovu azad etməyə razılaşıb
Belçika parlamentində HAMAS-la bağlı görüntülərin nümayişinə icazə verilməyib
İsrail ordusu HAMAS-ın siyasi bürosunun rəhbərinin evini bombalayıb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı