Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
APA “Baqramyan 26" telegram kanalına istinadən xəbər verir ki, Paşinyan Ermənistanla Böyük Britaniya arasında əlaqələrin aktiv olduğunu qeyd edib, bu yaxınlarda keçirilmiş Ermənistan-Böyük Britaniya Strateji Dialoqunun ilk iclasının əhəmiyyətini vurğulayıb.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə bağlı müzakirələr aparıb. Tərəflər Brüsseldə keçirilən üçtərəfli görüşlərdə razılaşdırılmış prinsiplər əsasında sülh prosesinin davam etdirilməsinin vacibliyi vurğulayıb.
Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan Böyük Britaniyanın Avropa naziri Leo Dokerti ilə görüşüb.
Qeyd olunub ki, Ermənistan və Böyük Britaniya arasında münasibətləri inkişaf etdirmək, daha da gücləndirmək, təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları müzakirə olunub:
“Biz geosiyasi və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə apararaq, regionumuzda sülhün alternativinin olmadığını vurğuladıq”, - deyə Qriqoryan bildirib.
Leo Dokerti Ermənistana gedib, Paşinyanla görüşüb
20
noyabr
17:25
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı