Bəri başdan qeyd edək ki, təqdim edəcəyimiz siyahıda bəzi adlar sizə sürpriz ola bilər
Müğənni Nadir Bayramlı təxminən 10 ildir ibadət edir, həcc ziyarətində olub. Hər halda sənətçinin sanballı davranışı, qalmaqallardan uzaq olması daşıdığı ada xələl gətirmir.
İzzət Bağırov da həcc ziyarəti edən məşhurlardandır. O, bir neçə dəfə Məkkə və Kərbəla şəhərlərinə səfər edib.

Rəqqasə Fatimə Fətəliyeva isə məşədi xanımdır. O, İranda Məşəd ziyarətgahında olub.

Əməkdar artist Zöhrə Abdullayeva da həcc ziyarətində olan məşhurlardandır.

Meyxanaçılar Elşən Xəzər, Aqşin Fateh, Mehman Əhmədli və Ağamirzə də həcc ziyarətində olaraq hacı tituluna yiyələniblər. Hətta Aqşin Fateh təxminən on il toylarda meyxana deməyi, içki məclislərində olmağı haram hesab etdiyi üçün (əslində dində də bel buyrulur-red.) efirdən və məclislərdən uzaqlaşmışdı.

Xalq artisti Məleykə Əsədova, teleaparıcı Nanə Ağamalıyeva və xanəndə Humay Qədimova İranın Məşhəd ziyarətgahına səfər edərək, məşədi adını qazanıblar.


”Bu şəhərdə”nin aktyorları Coşqun və Rafael də həcc ziyarətində olan məşhurlardandır.

Müğənni-bəstəkar Nazim, müğənni Emil Bədəlov da digər həmkarları kimi həcc ziyarətində olaraq hacı tituluna yiyələniblər. Bundan başqa onlar İraqın Kərbəla şəhərini də ziyarət ediblər.

Aparıcı Nuran Hüseynov müqəddəs Kəbəni ziyarət edənlərdəndir.

Kinorejissor Şeyx Əbdül Mahmudbəyov, Xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova da Həcc ziyarətində olublar.

Bəstəkar Vüqar Camalzadə və Xalq artisti Azər Zeynalov da müqəddəs Kəbədə olublar.
Xalq artisti Bilal Əliyev Həcc ziyarətində olub. O, bundan əvvəl də bir neçə dəfə müqəddəs yerləri ziyarət edib.
Əməkdar artistlər Nüşabə Ələsgərli və Mətanət İsgəndərli də Həci xanımdır.


Hazırladı: Vüsalə Balayeva
Ölkə.Az