Medi adlı bir qız Corc Floydun ölümünə etiraz olaraq uzun saçlarını qırxaraq fotosunu “Twitter” sosial şəbəkəsinə yerləşdirib.
Yayımlanan fotoda qızın gülümsəməsi sosial şəbəkə izləyiciləri tərəfindən etirazla qarşılanıb. Medi bu hərəkəti ilə “Black Lives Matter” (qaradərili insanlara dəstək) hərəkatının mövqeyi ilə həmrəy olduğunu bildirib.
"Mən özümü çox yaxşı hiss edirəm",- deyə o, paylaşımını şərh edib.
Bir çoxları qızın bu hərəkətinin mənasız olduğunu qeyd etdilər.

"İrqçilik problemi artıq tam həll edildi!", "Xahiş edirəm, İnternet, mənə diqqət lazımdır!", "Vay, bütün problemlər onun saçları ilə həll olundu”, “Bəlkə qaş və kirpiklərini də qırxsanız biz də koronavirusdan və qlobal istiləşmədən xilas olacağıq? ”,- deyə onlar yazıblar.
Qeyd edək ki, mayın 25-də Minneapolisdə 46 yaşlı Corc Floyd saxta pulla siqaret alışını araşdıran polis tərəfindən saxlanılıb. Floydun həbs olunduğu zamanı nəfəs ala bilmədiyini deməsinə baxmayaraq,  ağdərili polis dizi ilə onun boynunu sıxıb.  Bu onun ölümünə səbəb olub. Hadisədən sonra ABŞ-ın bir çox şəhərində etirazlar başlayıb.

Ölkə.Azскачать dle 12.1