Hacıqabulda avtomobil hasara çırpılıb, sürücü həlak olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1965-ci il təvəllüdlü Elçin Adil oğlu Məmmədov VAZ-21015 markalı avtomobilin idarəetməsini itirib və maşın uşaq bağçasının hasarına çırpılıb. Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1