Masallıda bıçaqlanma hadisəsi olub.
Hadisə Qəriblər kəndində yerləşən "Turist" istirahət mərkəzinin həyətində baş verib. 45 yaşlı Nurullayev Rabil Adil oğlu şəxsi münasibətlər zəminində 44 yaşlı həmkəndlisi Ağayev Asiman Arzuman oğluna bir neçə bıçaq xəsarəti yetirib.
Hadisəni törədən R. Nurullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.скачать dle 12.1