Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əldə edilən məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Mətləb Şükürov saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Şəxsi axtarış zamanı onun üzərindən 5 qramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla M.Şükürovun ondan aşkar edilən narkotik vasitəni Yevlax rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Aqil Əsgərov ilə birlikdə satış məqsədi ilə əldə edib saxladıqları müəyyən edilib.
Davam etdirilən genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyi də polis əməkdaşları tərəfindən müəyyən edilib.
Belə ki, M.Şükürov və A.Əsgərovun satış məqsədi ilə əldə etdikləri narkotik vasitəni Yevlax rayon sakini Fərid Həmidov vasitəsi ilə digər rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Feruz Mustafayevdən 150 manat pul müqabilində aldıqları məlum olub.
F.Mustafayevin üzərinə baxış keçirilərkən ondan satış məqsədi ilə qablaşdırdığı heroin və marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adı hallanan 4 nəfər şəxs şübhəli qismində tutulub.
Yevlaxda narkotik alqı-satqısı edən dəstə saxlanıldı
11
yanvar
11:28
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev