Bakı Ağır Cinayətlər Məhkəməsində türkiyəli Gökhan Öztürkün Niderlanda ekstradisiyası ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Bakisesi.com-un xəbərinə görə, məhkəmə prosesində çıxış edən Gökhan Öztürk Bakıya üç günlük gəzməyə gəldiyini və hava limanında saxlanıldığını bildirib. Məhkəmə zamanı onun beynəlxalq axtarışa verildiyi bildirilib. Niderland Krallığı tərəfindən ekstradisiya üçün Azərbaycana göndərilən məktubda Gökhanın Niderland vətəndaşı olduğu, həmin ölkədə onun haqqında 180 günlük həbs hökmü çıxarıldığı göstərilib.
Gökhan Öztürk isə Türkiyə vətəndaşı olduğunu, Niderlanda göndərilməsini istəmədiyini deyib.
O bildirib ki, 2014-cü ildə onu Niderlanddan deportasiya ediblər. "1996-cı ildə evliliklə əlaqədar ora getmişəm. Həyat yoldaşım oranın vətəndaşı idi. Üç övladımız oldu. Mən orada müddətsiz oturum izni ilə yaşamışam. 2014-cü ildə məni deportasiya elədilər. Sonradan viza üçün müraciət etdim, rədd cavabı verdilər. Xanımım da Türkiyədə yaşamaq istəmədi, ona görə boşandı. Biləndə ki, artıq ora qayıda bilməyəcəm, Türkiyədə özümə yeni bir həyat qurdum, nişanlanmışam, toyum olacaq. Bakıya üç günlük gəlmişdim, bir aydan çoxdur burada qalmışam. Xahiş edirəm, məni təhvil verməyin".
Məhkəmənin sorğularına əsasən, Niderlandın Azərbaycandakı səfirliyi G.Özütürkün Niderland vətəndaşı olduğu, Türkiyə səfirliyi isə onun Türkiyə vətəndaşı olduğu cavabını verib.
Türkiyə səfirliyinin nümayəndəsi də məhkəmədə bunu təsdiqləyib.
Prosesdə Azərbaycan Baş Prokurorluğunun nümayəndəsi Gökhan Öztürkün ekstradisiyasına etiraz edib. Ədliyyə Nazirliyinin nümayəndəsi isə bu məsələni məhkəmənin öhdəsinə buraxıb.
Məhkəmə ekstradisiya ilə bağlı təqdimatı təmin etməyib.
Gökhan Öztürkə bildirilib ki, qərar qüvvəyə minəndən sonra sərbəst şəkildə Türkiyəyə gedə bilər.
Azərbaycan türkiyəlini Niderlanda ekstradasiya etməkdən imtina etdi
15
oktyabr
16:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev