Hacıqabulda 5 nəfər narkotik alverçisi tutulub.
Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1982-ci il təvəllüdlü Məhərrəmov Emil Əliheydər oğlunun idarə etdiyi “Mercedes” markalı “GM 408 MG” Gürcüstan dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılıb. Sürücü və sərnişin - Sabirabad rayonu Nəsimi kənd sakini, 1966-cı il təvəllüdlü İsmayılov Elşad Vəkalət oğlunun avtomobildə hər birinin ayrı-ayrılıqda saxladıqları müxtəlif bükümlərdə satış məqsədi üçün nəzərdə tutulan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Keçirilən əməliyyat-axtarış tədbirlərinin zamanı məlum olub ki, E.Məhərrəmov narkotik vasitəni 900 manata, E.İsmayılov isə 400 manata Sabirabad rayonunun Nəsimi kənd sakini, 1985-ci il təvəllüdlü Qardaşov İnşallah Əlibayram oğlundan alıblar.
İ.Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı, 03 BJ 710 dövlət nömrə nişanlı avtomobildən müxtəlif bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi daha bir əməliyyat zamanı əvvəllər məhkum olunan Hacıqabul sakini, 1977-ci il təvəllüdlü Nəcəfov Şahin Vaqif oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. Polis şöbəsində onun üzərinə baxış keçirilən zaman sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırma aparılır.
Hacıqabulda 5 nəfər narkotik alverçisi tutulub
11
mart
22:50
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı