Ağstafada narkotik satan qardaşlar tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayonun Xətai kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Yaqubov saxlanılaraq RPŞ-yə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman müxtəlif bükümlərdə ümumi çəkisi 9,554 qram narkotik maddə olan metamfetamin və 7 469 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Yaqubovun qardaşı, əvvəllər məhkum olunmuş Rəşad Yaqubov da saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. Onun üzərindən isə 234,442 qram narkotik vasitə olan heroin və ümumi çəkisi 54,811 qram metamfetamin və metadol aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslərlə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Narkotik satışı ilə məşğul olan iki qardaş tutuldu
04
fevral
12:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat