Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 APA bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
"Lada" markalı avtomobili idarə edən sürücü Cəsarət Şirvanzadə sükana nəzarəti itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü və sərnişin Sevda Alışanova ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.скачать dle 12.1