Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Şəhər ərazisində hərəkətdə olan VAZ-21099 markalı avtomobil “Ford” markalı yük maşını ilə toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1