15 mart 2021-ci ildə Neftçala rayon sakini Leyla Səfərovanın qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Neftçala rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin tanışı Rövşən Piriyev qeyd edilən tarixdə saat 15 radələrində Leyla Səfərovanın küçədə piyada hərəkətdə olduğunu görüb sonuncunun oğlunun gözü qarşısında müstəsna qəddarlıq nümayiş etdirməklə ətrafda şəxslərin olmasına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozub xuliqanlıq niyyəti ilə bıçaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.
Həmçinin, istintaqla Rövşən Piriyevin əvvəllər Leyla Səfərovanı öldürməklə hədələməsi, ictimai yerdə onu döyməsi də müəyyənləşib.
Rövşən Piriyev Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oğlunun gözü qarşısında anasını BIÇAQLADI
01
iyul
11:54
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev