Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən paytaxt sakini Rəna Sofiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə, R.Sofiyeva 18 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2019-cu il iyulun 7-də, gecə saat 03:00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini Araz Sofiyev evində qətlə yetirilib. Onun həyat yoldaşı Rəna Sofiyeva isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən gün iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.
İstintaq orqanının apardığı araşdırma zamanı məlum olub ki, qətl hadisəsini R. Sofiyeva özü törədib.
Suraxanı rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakıda ərini öldürən qadına ağır cəza verildi
15
iyul
11:43
Qarabağ
KOMMENTLƏR
Qadın BP-də işləyən ərini qısqanclığa görə öldürübmüş - RƏSMİ
Ərini öldürməkdə ittiham edilən Rənanın işində ilginc məqamlar - İlk şikayəti kim edib və onu necə izləyiblər?
Qarabağda döyüşmüş livanlı terrorçuya HÖKM OXUNDU
Bakı sakini “Lotu Quli”yə görə bıçaqlandı
Sevgilisini öldürən Günelə hökm oxundu - 10 il cəza verildi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı