Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 13 nəfər rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Quliyev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evin həyətində əkərək kultivasiya yolu ilə yetişdirdiyi, yaş halda çəkisi 44 kiloqramdan artıq olan 170 ədəd narkotik xassəli çətənə kolları, həyətdəki yardımçı tikilidə gizlətdiyi bir ədəd bağlamada isə 4 kiloqram 685 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qardaşlar saxlanılıb. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan Lənkəran şəhər sakinləri Rustam Rəhmənov və qardaşı Elşən Rəhmənovun üzərindən ümumilikdə 2 kiloqramdan artıq heroin, 500 qrama yaxın metamfetamin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər rayon sakini – Taleh Əmrahov, Elvin Xəlilov, Emin Rzayev, Nəsib Mirverdiyev, Artur İbrahimov, Şöhrətdin Babayev, Polad Cavadov, Vüqar Əliyev, Etibar Əliyev və Mərdan Xuriyev salanılıblar. Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin, həmçinin elekron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Lənkəranda narkotacir qardaşlar saxlanıldı
18
sentyabr
10:51
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev