İmişlidə 2 il əvvəl qətlə yetirilən şəxsin meyiti tapılıb. Çınqıl karxanasının gölündən tapılan meyitin 2 il əvvəl qətlə yetirilən şəxs olduğu ehtimal olunur.
APA xəbər verir ki, Füzuli rayonunun Horadiz qəsəbəsindən olan 1969-cu il təvəllüdlü Verdiyev Polad Ərşad oğlu 2019-cu il iyulun 20-də itkin düşdüyü barədə Polis şöbəsinə məlumat daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşən P.Verdiyevi yaxın qohumu, əslən Füzuli rayonundan olan İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra cəsədi yaxınlıqda yerləşən çınqıl karxanasının su ilə dolu dərin katlovanına atıb. Katlavanın böyük ərazini əhatə etməsi və çox dərin olması meyitin axtarılıb tapılmasını çətinləşdirib. Qətli törədən şəxs meyitin üstünə ağır əşyalar bağlayıb və sonra suya atıb. Bu gün səhər saatlarında meyit sudan çıxarılıb.
Meyit müayinə olunmaq üçün İmişli Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılıb. Meyitin üzərində və başında törədilən cinayətin əlamətləri aşkar edilib.
Meyitdən DNT analizləri götürülüb.
Qeyd edək ki, qətli törədən İsayev Qərib Bahadur oğlu Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə 17 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda əvvəllər açılmış cinayət işi üzrə araşdırma davam etdirilir.
İmişlidə iki il əvvəl qətlə yetirilən şəxsin meyiti göldən tapıldı
27
sentyabr
19:35
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev