Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 196 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir. Nazirliyin məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.