Avqustun 17-də, saat 03 radələrində Astara rayonu ərazisində polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Astara Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar kənd sakini Seyhun Məmmədovun şəxsi avtomobilinə baxış keçirilərkən onun polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirməsinin qarşısını almaq məqsədilə sonuncunun döş qəfəsi nahiyəsinə bıçaqla zərbə vurub öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, hal şahidlərinin və müdafiəçinin iştirakı şəxsi axtarış aparılarkən Seyhun Məmmədovun üzərində və avtomobilində narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Seyhun Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
18
avqust
13:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat