Sabunçu rayon Polis İdarəsinin 14 və 42-ci polis bölməsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
Bakısəsi xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub.
Onun yaşadığı evə baxış zamanı 1 ədəd lüləyi kəsilmiş ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 12.1