Bakıda keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BAKİSESİ.COM Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 21-nə təyin edilib.
İttihama görə, qətl hadisəsi bu ilin avqustunda paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
1974-cü il təvəllüdlü Etibar Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Orucəli Xanzadəni bıçaqlayaraq qətlə yetirib.
İstintaq araşdırması zamanı onların hər ikisinin əvvəllər məhkum olunduqları üzə çıxıb.
Məlum olub ki, Etibarla Orucəli Xanızadə kafedə yeyib-içiblər. Keflənən dostlar sonra türmə xatirlərini danışmağa başlayıblar.
Etibar ondan türmədə baş verənləri danışmamağı xahiş edib. Bildirib ki, başqa şeydən danış, içərini sən də görmüsən, mən də... Orucəli ona təhqiramiz cavab verib.
Sonda həbsxana dostlarının mübahisəsi qanlı olayla nəticələnib.
İstintaq orqanı tərəfindən Etibar Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Həbsxana dostlarının qanlı davası:
14
dekabr
15:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat