Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakısəsinin xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Şamaxının Acıdərə adlanan ərazisində baş verib.
“Hyundai” markalı minik maşını eyni istiqamətdə hərəkət edən yanacaq daşıyan yük maşınına çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan qadın ölüb, iki uşaq isə yaralanıb.(APA)