Bakıda avtomobil yolu keçmək istəyən şəxsi vuraraq öldürüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-sı saat 20 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində paytaxt sakini F.Səfərov idarə etdiyi "Changan” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini Ariz İsmayılovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
скачать dle 12.1