Ağstafa rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində “Mersedec-Sprinter” markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax xəstəxanalarına aparılıb.
Bildirilir ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.

скачать dle 12.1