Bu gün saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi “Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda deyilir:
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb,
Faktla bağlı araşdırma aparılır.
*** 13:05
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Veteninfo.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb. 
скачать dle 12.1