Gəncədə qətl hadisəsi baş verib. Bakisesi.com-un məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.
Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad  oğlu evdə bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.
Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi“ müəllimidir.скачать dle 12.1