DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Ulduz Süleymanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” əmri verilib. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana qəbul etdiyi müəyyən olunub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılmasından ötrü məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə Ulduz Süleymanov sürücülük hüququndan bir il müddətinə məhrum edilməklə 15 sutka inzibati həbs olunub.