Şamaxı rayonunda bir necə gündür ki, yağan leysan yağışları və dolu bir sıra fəsadlara səbəb olub.
APA-nın xəbərinə görə, son günlər yağan yağışlar nəticəsində Ağsu çayında suyun səviyyəsi artaraq öz məcrasından çıxıb. Nəticədə Şamaxı şəhərinin dağlıq ərazidə yerləşən bir neçə kəndlə nəqliyyat əlaqəsi kəsilib. Məlumata görə, güclü leysan yağışları Şamaxının Qəleybuğurd, Sis, Keçmədin, Qaladərəsi kəndlərində bir sıra fəsadlar törədib. Qaleybuğurd və Sis kəndlərinin ərazisindən keçən Ağsu çayında suyun səviyyəsi qalxaraq avtomobil yolunu dağıdıb. Ərazidə körpü olmadığı üçün onlarla sürücü yolda qalıb, kəndlərə gediş-gəliş dayanıb.
Güclü sel suları çayın məcrasından çıxaraq yatağın genişlənməsinə səbəb olub. Bu da kənddə torpaq sürüşməsinə və yolların çökməsinə səbəb olub.
Sel suları kənd ərazisindən keçən elektrik dirəklərini aşırıb, qaz borularını qoparıb, kənd sakinlərinə məxsus təsərrüfatlara ciddi ziyan dəyib.
Bu gün günorta saatlarından sonra əraziyə canlı qüvvə və texnikalar cəlb olunub, hazırda kəndlərə gediş-gəlişi bərpa etmək üçün tədbirlər görülür.
Qeyd edək ki, hazırda Şamaxı rayonunda güclü leysan yağışı davam edir.
Şamaxıda leysan bir sıra fəsadlar törətdi, torpaq sürüşməsi oldu
11
may
01:55
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev