Bakıda körpünün üstündə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bakıda Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən gələndə - Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti kəsişməsi olan hissədə, körpünün üstündə yol nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Baş vermiş qəza səbəbindən Qələbə dairəsində sıxlıq müşahidə olunur.
  • Bakıda körpünün üstündə qəza olub
скачать dle 12.1