Son yeddi gün ərzində iki nəfəri ilan sancıb.
Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.
Həkim bildirib ki, paytaxtın Xəzər rayonu ərazisindən ilan sancması ilə bağlı müraciətlər olub:
“Bakıətrafı kəndlərdə iki nəfəri gürzə sancıb. Onlara ilkin yardım göstərilib və evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb”.
A.Maqsudovun sözlərinə görə, bundan başqa son bir həftədə dərman zəhərlənməsi ilə bağlı da xəstəxanaya müraciət edənlər olub:
“Belə ki, xəstəxananın Toksikologiya Şöbəsinə azyaşlılar da daxil olmaqla, dörd nəfər dərman mənşəli allergik reaksiya ilə müraciət edib. Metil spirtindən zəhərlənən bir nəfər, sirkə turşusundan zəhərlənən iki nəfər şöbədə müalicə alaraq evə buraxılıb. Həftə ərzində dəm qazından zəhərlənmə halı olmayıb”.
“Hazırda Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsində müxtəlif zəhərlənmələrlə daxil olan 14 nəfər stasionar müalicə alır”, - deyə A.Maqsudov əlavə edib.
Azər Maqsudov: “Bakıda iki nəfəri ilan sancıb”
05
sentyabr
10:25
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev