Mingəçevir şəhərində Altun şadlıq sarayında keçirilən toy mərasimində dava olub.
Bizim.Media bildirir ki, hadisə Samux küçəsində yerləşən Altun şadlıq sarayında keçirilən toy mərasimində baş verib.
Toyda "Laçınım" mahnısının ifaçılar tərəfindən yarımçıq saxlanılması münaqişəyə səbəb olub.
Toyda sərxoş vəziyyətdə olan iştirakçılardan biri ifaçıları söyüşlə təhqir edib. Nəticədə mübahisə və münaqişə yaranıb. Musiqiçilərdən biri - saz ifaçısı əl nayihəsindən kəsici alətlə kəsilmiş-deşilmiş yara xəsarətləri alıb.
Sonra şadlıq sarayı ərazisinə iki avtomobildə müxtəlif kəsici alətlərlə yaralı ifaçının yaxın adamları yetişib. Davanı məclis iştirakçıları yatırmağa çalışıb.
Polisin çevik hadisə yerinə yetişməsi bəzi hadisə işrirakçılarını qaçmağa vadar etsə də, polis əməkdaşları yollarını kəsərək onları saxlayıb. Toy sahibi də daxil olmaqla, münaqişə iştirakçıları polis şöbəsinə aparılıb.
Mingəçevirdə şadlıq sarayında baş vermiş xoşagəlməz hadisəyə DİN Mətbuat Xidməti Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov aydınlıq gətirib:
"Toy məclisində birinə kəsici alətlə yüngül xəsarət yetirməklə məclisdə münaqişəyə yol açan və hadisəni törətməkdə şübhəli bilinən şəxs şəhər polis əməkdaşları tərəfindən saxlanılaraq təhqiqat qrupuna təhvil verilib".
Faktla bağlı araşdırma aparılır.
Toyda “Laçınım” mahnısının üstündə qan töküldü
22
iyun
12:26
Qarabağ
KOMMENTLƏR
Polis zabiti toyda məhkəmə katibini döydü
Toydakı dava mahnıya görə olub - Bıçaqladığı bacısı ilə əri imiş
Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb, bıçaqlanan var
Daha 2 şadlıq sarayında karantin qaydaları pozuldu
Şadlıq sarayının icarədarı ikinci dəfə qaydaları pozdu: Cinayət işi açıldı - FOTO
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev