Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahlar saxlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silahlar və onların komplekt hissələrini saxlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum edilmişlər Məhərrəm Əmiraslanov və Rauf Bağırov saxlanılıblar. M.Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 53 ədəd patron, R.Bağırovun avtomobilinin yük yerindən isə 1 ədəd “TT” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmişlər İbrahim Həsənov və Arif Quliyev də saxlanılıblar. İ.Həsənovun üzərindən və idarə etdiyi avtomobildən 41 ədəd bükümdə qablaşdırılmış külli miqdarda heroin, 16 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd bank kartı, A.Quliyevin üzərindən isə 45 qramdan artıq tiryək və 100 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalara davam etdirilir.
Bərdə polisi əməliyyat keçirdi - Saxlanılanlar var
14
iyul
14:23
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev