Prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış daha bir ağır cinayətin üstü açılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, 9 may 2021-ci il tarixdə Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü Gülgəz Əsədovanın qeyri-aşkar şəraitdə xəsarət alması və aldığı xəsarətlər nəticəsində 27 may 2021-ci il tarixdə ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Cinayət işi yenidən öyrənildikdən sonra 06 aprel 2022-ci il tarixdə dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilib.
İstintaqla zərərçəkmişin ögey oğlu 1967-ci il təvəllüdlü Sabir Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birgə yaşadıqları evdə təpiklə Gülgəz Əsədovanın sol ayaq nahiyəsinə xəsarətlər yetirməsi, sonuncunun yetirilən xəsarətlər nəticəsində yaranan ağciyər arteriyasının tromboemboliyası səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış mötəbər sübutlar əsasında 16 iyul 2022-ci il tarixdə Sabir Əsədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Ötən il törədilən cinayətin üstü açıldı: Qadını ögey oğlu öldürübmüş
20
iyul
14:19
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı