Azərbaycanda 5 il öncə törədilən cinayətin üstü açılıb.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilir ki, 7 iyul 2017-ci il tarixdə Quba rayonunun Küpçalqışlar kəndindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılmış "VAZ 2106” markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə cinayət işi başlansa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 25 aprel 2022-ci ildə iş üzrə dayandırılmış icraat təzələnib.
Araşdırmalarla məlum olub ki, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Osman Ömərov Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovaya deşici alətlə, Rəhman İşıqova bıçaqla öldürüb. Daha sonra cinayət izini itirmək üçün qəza görüntüsü yaratmaq məqsədilə onların meyitlərini Rəhmana məxsus avtomobilin içərisində yandırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış mötəbər sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci ildə tutulub, iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
5 il öncə maşında yandırılan kişi və qadının qatili tapıldı
20
may
20:18

Qarabağ
KOMMENTLƏR
3 qurum birgə ƏMƏLİYYAT KEÇİRDİ: 5 il əvvəl 2 nəfəri öldürən şəxs tutuldu
Ötən il törədilən cinayətin üstü açıldı: Qadını ögey oğlu öldürübmüş
Azərbaycanda 29 il əvvəl törədilən qətlin üstü AÇILDI
Ağsuda 5 il qabaq törədilən qətlin üstü açıldı
13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin ÜSTÜ AÇILDI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat