Paytaxtın Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən paytaxt sakini olan zərərçəkən Azadlıq prospektində yerləşən marketlərdən birinin yaxınlığından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 700 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşdığını bildirib.
Şöbə əmədaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elvin Cabbarov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.
Qeyd edək ki, saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan ərazidən yayınması müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Elvin Cabbarovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 4-cü Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Bakıda qadının qızıl boyunbağısını oğurlayan şəxs saxlanıldı - VİDEO
09
sentyabr
17:06
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı