İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən ona məxsus qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına gələn tanımadığı bir nəfərin soyğunçuluq, yəni açıq talama yolu ilə 2100 manat dəyərində olan qızıl boyunbağını ələ keçirdiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müraciət əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluq və dələduzluq əməllərinə görə məhkum olunmuş Elbəy İmanov Bakı şəhərində saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Elbəy İmanov boyunbağını paytaxtda satdığını, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyini bildirib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
İsmayıllıda qızıl mağazasından oğurluq etdi, Bakıda tutuldu
16
iyun
11:12

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi